SUBALP QURŞAQ

mülayim və subtropik enliklərin rütubətlənmənin bərabər paylandığı dağlarda təbii yüksəklik qurşağı. Rütubətli ərazilərdə alp qurşağından aşağıda və dağ-meşə qurşağından yuxarıda yerləşir. S. q. üçün hündür otlu subalp çəmənliyi, əyri ağaclı meşələr, çimli-çəmən torpaqlarda kol qrupları səciyyəvidir. субальпийский пояс subalpine belt
SUBAKVAL RELYEF
SUBASAR, ÇƏMƏN TERRASI
OBASTAN VİKİ
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur. Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası və Dəyişkən rütubətli meşələr (o cümlədən musson) C. Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C. Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var.
Nival qurşaq
İsti qurşaq
İsti qurşaq — İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
Alp va subalp çəmənliyi
Alp va subalp çəmənliyi (kelt. alp — yüksak dağ) — yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar "istirahət" edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır : zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha), Şəmkir rayonunda (60 min ha) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir.
Alp və subalp çəmənliyi

Subalp və alp çəmənlikləri
Subalp və alp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır (Y.Ə.Qəribov , 1999): zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir (M.Ə.Süleymanov, 2005). Azərbaycanın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altındadır.